Azərbaycanda ekstremal əyləncələrin - QİYMƏTLƏRİ

Xəbərlər 12 Sentyabr 2016 00:00 6532
Azərbaycanda ekstremal əyləncələrin - QİYMƏTLƏRİ

Ekstremal turizm aktiv həyat tərzi keçirmək və səyahət etməyi sevmək, təbiətin və dünyanın ekstremal imkanlarını sınaqdan keçirməkdir.

Bu turizm sahəsi bir çox ölkələrdə inkişat etsədə ölkəmizdə ya bu sahəyə marağın azlığından və ya bir o qədərdə yayılmadığından turizmin bu sahələri elədə çox inkişaf etməyib. Misal olaraq su idman növü dayvinq, veykbordinq, sualtı-xizək, vindsörfinq, raftinq və ya yer üstü idman növlərinə aid  mauntinbaykinq, speleologiya. Dağ ekstrimal turizm növlərindən isə snoubord və alpinizm kimi növlər əksər dünya ölkələrində geniş yayılıb. Amma çətin ki, ölkəmizdə bu ekstrimal idman növlərinin hamısı olsun. 2014 cü ilədək Balakən ərazisində paraşutdan tullanma turizmi olsada sonradan bu sahədə xidmətlər dayandırılıb.

Dağ turizmi – 50-100 dollar

2899

Hazırda ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin əksəriyyəti dağa dırmanma və ovçuluq kimi xidmətlər təklif edir.Məlumat üçün deyək ki,ölkəmizdə qayaya dırmanma turizmi əcnəbi turistlər üçün 3 günlük 400-500 dollar təşkil edir.Yerli vətandaşlar üçün isə bu cür tur cəmi 50 və ya 100  dollara başa gələcək.Travel şirkət nümayəndəsinin sözlərinə görə əcnəbi turistlərlə yerli turistlərə göstərilən xidmətin məbləğindəki fərqin əcnəbilər üçün xüsusi bələdçilərin olması ilə əlaqələndirib.Göstərilən məbləğə oteldə qalmaq çadrlar,xüsusi geyimlər və gündə 3dəfə yemək daxildi.

Paraplanla ucuş  – 100-120 manat

paragliding-ban_11

Digər bir ektrimal turizmə daxil olan paraplan idman növü üzrə isə təlimlər bu ilin yay aylarında Şəkidə təşkil olunub.3 günlük çadırda qalma gündə 3 dəfə yemək və bir dəfə paraplandan istifadə turistlər üçün 100-120 manata başa gəldiyini deyən ekspert Yusif Yusifov hazırda bu xidmətin Şəkidə olmadığını bildirib. Həmçini Quba və Qusarda yerləşən otellərdən bildirildiki paraplandan istifadə xidməti üzrə planların olduğu və gələcəkdə turistlərə bu xidmətin təklif olunacağı bildirildi.Şahdağ Zirvə otelində paraplan olmasada digər ekstrimal idman növlərinin turistlərə təqdim edildiyi bildirildi. Bunlar aşağıdakılardı:

Zip-line 1 gediş 8 manat

Bab-Kart 1 gediş 7 manat

Trotinet 1 gediş 5 manat

Ovçuluq turizmi – 2000-3000 dollar

av-malzemeleri-600x379

Digər bir turizm idman növü kimi isə ovçuluq idman növü turistlərin xidmətinə təqdim olunur.Burada isə  2000-3000 dollar ödəməklə bu xidmətdən yararlanmaq olar.Bu məbləğə 5 günlük oteldə gecələmə rəsmi icazə,bələdçi ov üçün silah və xüsusi geyimlər daxildi.Qeyd edək ki,ölkəmizdə ekstrimal idman növü ilə Azərbaycan Hava və Ekstrimal idman növləri Federasiyası məşğul olur.

Mənbə: fins.az

OXŞAR XƏBƏRLƏR