Azərbaycanda 2-3 ulduzlu hotellər - AÇILACAQ

Xəbərlər 19 Sentyabr 2016 00:00 578
Azərbaycanda 2-3 ulduzlu hotellər - AÇILACAQ

Yaxın gələcəkdə 2 və 3 ulduzlu hotellər şəbəkəsinin yaradılması nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyindən verilən xəbərə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Turizm Assosiasiyasında (AZTA) turizm şirkətlərinin nümayəndələri ilə keçirilən toplantında belə deyib. 

Nazir bildirib ki,  Azərbaycanda turizm sənayesinin inkişafı üçün atılan addımlar öz bəhrəsini verməkdədir: “Azərbaycan lüks turizm xidmətləri təklif edən ölkə kimi tanınıb. İndi bu sahədə görülən işlər davam etdirilməkdədir. Yaxın gələcəkdə 2, 3 ulduzlu hotellər şəbəkəsinin yaradılması nəzərdə tutulur. Bununla da ölkəmizə müxtəlif təbəqələrdən olan xarici turistlərin axını təmin edilmiş olacaq”.

Ə.Qarayev qeyd edib ki, bu gün turizm Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun aparıcı qüvvəsinə çevrilməkdədir. "Son bir neçə ildə ölkəmizdə böyük turizm infrastrukturu qurulub, brend hotellər istifadəyə verilib. Bunun nəticəsində dünya turizm bazarında Azərbaycan da xüsusi yer tutur".

Mənbə: fins.az

OXŞAR XƏBƏRLƏR