Almaniyadan Bakıya olan reyslərdə problem yaşanıb

Xəbərlər 27 Mart 2014 00:00 1556
Almaniyadan Bakıya olan reyslərdə problem yaşanıb

Almaniyanın ən böyük aeroportlarında yerüstü xidmət əməkdaşları tətil elan ediblər.


Seyyah.az xəbər verir ki, personalın 6000-dən yuxarı üzvü dünəndən etibarən işə çıxmayıblar. Onlar əmək haqlarının artırılmasını və əmək şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Nəticədə bugün üçün ən azı 600 reys, o cümlədən Bakıya olan uçuşlar təxirə salınıb.


Aviaşirkətlər sərnişinlərdən aeroporta getməzdən əvvəl uçuşla bağlı məlumatları dəqiqləşdirməklərini xahiş edir.


Tətil günün sonunacan davam edəcək.

 

OXŞAR XƏBƏRLƏR