Hər il Almaniyanın Münhen şəhərində keçirilən “Oktaberfest” pivə festivalı bu il ölkəmizdə də keçirilir. Fins.az bildirir ki, tədbir sentyabrın 17-dən oktyabrın 3-nə kimi Abşeron Mariot otelin “Fireworks Urban Kitchen” restoranında keçiriləcək. Festivala giriş pulsuzdur. Pivələrin qiyməti isə 7 - 13 manat arasında dəyişir.
Pivə 0.33 litr -7 manat
0.5 litr -10 manat
1 litr -13 manat
Bavaria sosisi, qulyaj şorbası, yager-şnitsel, xırçıltılı donuz budu, ənənəvi alma piroqu və daha çox təamlardan dada bilərsiz.
Sosislər - 12 manata
Main cost - 23 manatdan başlayaraq
Tədbirə xarici ölkələrdən gələnlərin olduğu bildirilir. Bakıda artıq ikinici dəfədir ki, bu festival həyata keçirilir. Həmçinin gecədə qonaqlara yerli müsiqiçilərin ifasında canlı alman musiqisi də təqdim olunacaq. Masanızı öncədən sifariş etmək məsləhət görülür, əks təqdirdə boş masa tapmağınız çətin ola bilər.