“Çanta vergisi” Avstraliyada turizmi zədələyə bilər

Xəbərlər 24 Sentyabr 2016 00:00 697
“Çanta vergisi” Avstraliyada turizmi zədələyə bilər

Avstraliyada aparılmış sosioloji sorğu göstərir ki, məzuniyyət vaxtı işləməyə və istirahət etməyə gələn turistlər üçün nəzərdə tutulan “arxa çantası” vergisi ölkənin turizm sektoruna ciddi mənfi təsir göstərəcək.

Federal hökumət müvəqqəti təsadüfi işlərdə çalışan turistlərə 32,5 faiz dərəcəsi ilə vergi tətbiq etməyi planlaşdırır.

Hökumətin bu niyyətini artıq turoperator şirkətləri kəskin etirazla qarşılayıblar. Onların turistlər arasında keçirdikləri sosioloji sorğunun nəticələrinə əsasən, “arxa çantası” vergisi qüvvəyə minəndən sonra turistlərin 60 faizi Avstraliyaya gəlməkdən imtina edəcəklər.

Turistlərin yarıdan çoxu Avstraliyada daha az vaxt keçirəcəyini, 69 faizi isə daha az pul xərcləyəcəyini bildirib.

 

Sorğunun nəticələri ümumilikdə belə qənaət yaradır ki, turistlər təşvişə düşüblər. Məsələ bundadır ki, ölkəyə işləməyə gələn turistlər ən aşağı tariflə - günü 21-22 ABŞ dollarına təsadüfi işlərdə çalışırlar.

OXŞAR XƏBƏRLƏR