Brian Chesky və Joe Gebbia ABŞ-ın Kaliforniya ştatının San Fransisko şəhərindəki evlərinin kirayə pulunu ödəyə bilmədikləri üçün otaqlardan birini kirayə verməli olurlar. Təqdim etdikləri xidmət bir çarpayı və səhər yeməyindən ibarət idi. Beləliklə dostlar 2008-ci ilin avqustunda “Airbedandbreakfast.com” saytını yaratdılar. Bir müddət sonra saytın adı “Airbnb.com” olaraq dəyişdirildi.
Seyyah.az-ın məlumatına görə, amerikalı gənclərin bu layihəsi qısa müddətdə populyarlaşdı və bütün dünyaya yayıldı. Bu gün 192 ölkədən 500 min evə “Airbnb”də kirayə təklif edilir. Hətta braziliyalı məşhur futbolçu Ronaldinho belə 2014-cü il Dünya Kuboku ərzində öz evini gündəlik 15 min dollara “Airbnb” vasitəsilə kirayə verib.
Sayt vasitəsilə kirayə ev götürmək istəyənlər seçimlərini edib, tələb göndərirlər. Ev sahibi tələbi araşdırdıqdan sonra cavab verir.
İstəyən hər kəs öz evini sayt vasitəsilə kirayə verə bilər.
Bəs ən çox seçilən ev sahibi olmaq üçün nələr etmək lazımdır?
Suallara sürəti cavab verin;
Qonaq qaldığı müddətcə onları bezdirmədən əlaqə yaradın;
Saytdakı profiliniz əhatəli olsun;
Qiymət təklif edərkən araşdırma aparın;
İnternetsiz ev olmaz;
Evlə bağlı çox şəkillər yükləyin;
Eviniz təmiz olsun;
Qonaqlara kiçik sürprizlər edin;
Qeyd edək ki, şirkət qonaqların kirayə pulundan 6-12, ev sahibindən isə gəlirinin 3 faizini komisyon haqqı olaraq alır.
Mənbə: Sey-yah.com