Ölkəmizdə turizm infrastrukturunun yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər nəticəsində Balakən rayonuna da gələn turistlərin sayı ildən-ilə artır.
Əgər 2011-ci ildə rayona cəmi 8974 turist gəlmişdisə, cari ilin ötən 9 ayı ərzində onların sayı 20 minə çatıb.
Bu barədə sentyabrın 27-də Balakəndə turizm işçilərinin peşə bayramına həsr olunan tədbirdə məlumat verilib.
Mənbə: Azərtac