"AtaTravel" MMC oktyabrın 8-də Qubada keçiriləcək "Alma festivalı"na səyahət turu təşkil edir.
MMC-dən bildiriblər ki, şəhərin əsas meydanında keçiriləcək festivalda konsert proqramı və müxtəlif əyləncəli oyunlar təşkil olunacaq, almanın müxtəlif növləri, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş olunacaq.
Qeyd edək ki, səyahət turunun 1 nəfər üçün qiyməti 25 manat təşkil edir. Qiymətə komfortlu nəqliyyat, səhər yeməyi, çay süfrəsi, tur bələdçisi, professional foto çəkiliş daxildir.
Eləcə də bax: Qubada Alma bayramı - HAZIRLIQ