Macarıstanın “Wizz Air” şirkəti Gürcüstanın Kutaisi hava limanında özünün ilk bazasını açıb.
Seyyah.az-ın məlumatına görə, şirkət yaxın günlərdə Kutaisidən 7 istiqamətdə; Berlin, Dortmund, Larnaku, Milan, Memminqen, Sofiya və Selaniki marşrutu üzrə ilk uçuşlara start verəcək. Bu istiqamətlərin bəziləri üzrə biletlərin qiyməti 20 avrodan başlayır.
“Wizz Air” şirkəti Gürcüstan bazarına 2012-ci ildə daxil olub və ötən 4 il ərzində Kutaisi-Budapeşt, Katovitse, Vilnüs, Varşava marşrutları üzrə 600 mindən çox sərnişin daşıyıb.
Aşağı tariflərinə görə, Azərbaycan vətəndaşları da mütəmadi şəkildə Kutaisidə “Wizz Air” şirkətinin xidmətlərində istifadə edir.
Mənbə: sey-yah.com