"Şahdağ" Qış-Yay Turizm Kompleksi yağan qarla əlaqədar olaraq xizək sezonu 7 gün uzadıb. Kompleksdən Seyyah.az-a verilən məlumatda bildirilir ki, son gün ərzində yağan qar və yaxın bir həftə üçün şaxtalı və qarlı hava proqnozu xizək sezonunun 7 gün müddətinə uzadılmasına imkan yaradır: "Dunəndən dayanmadan yağan qar bütün sürüşmə zolaqlarını qar ilə bürüyüb və bu turistlərin davamlı olaraq xizək sürmələrinə əlverişli şərait yaradıb".
Xizək zolaqlarındakı bu günkü görüntüləri kompleksin ərazisində yerləşdirilmiş vebkameralar vasitəsi ilə rəsmi internet səhifəsindən (http://shahdag.az/az/vebkamera/) izləmək olar.