Seyyah.az xəbər verir ki, "Türk Hava Yolları" aprelin 2-sindən etibarən həftədə 3 dəfə Gəncə-İstanbul-Gəncə xəttində birbaşa uçuşlara başlayacaq.
Bununla yanaşı, "AZAL" şirkəti də Gəncə- İstanbul-Gəncə istiqamətində həftədə 2 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirməyə başlayıb.
"Türk Hava yolları"nda ekonom sinif üçün bu istiqamətdə minimum gediş-dönüş qiymətləri 150-160 AZN olduğu halda, "AZAL"dakı qiymətlər orta hesabla 130 AZN təşkil edir.