Hippilərin Avropada yaratdığı ölkə - KRİSTİANİA

Xəbərlər 10 Oktyabr 2016 00:00 1377
Hippilərin Avropada yaratdığı ölkə - KRİSTİANİA

“Azad şəhər” ləqəbli Kristianiya Danimarkanın paytaxtı Kopenhagenin Kristianşavn bölgəsində 35 hektar ərazidə yerləşən və 850 sakini olan anarxist kommunadır.

Seyyah.az-ın məlumatına görə, qəsəbə hippi hərəkatının pik çağlarında, 1971-ci ildə anarxistlər, sənətçilər və hippilər tərəfindən “işğal” olunub. Bu 3 qrup qəsəbədən çıxarılan hərbi bazaların yerlərində məskunlaşıb.

Danimarka hökuməti nə qədər cəhd etsə də, hippiləri qəsəbədən çıxara bilməyib.

Qəsəbənin öz hökuməti, bayrağı, qanunları və Løn adında pul vahidi var.

Kristianiya girən zaman “Avropa Birliyinin ərazisindən çıxırsınız” lövhəsi ilə üzləşirsiniz.

Kristianiyada divarları yazmaq sərbəstdir.

Burada ev satılmır. Ev almaq üçün müraciət edirsiniz və yerli hökumət özü sizə ev verir.

Qəsəbənin sakinləri vergi ödəmir, dar küçələrə görə maşın sürmək qadağandır.

Həmçinin küçələrdə qaçmaq da qadağandır. Çünki burada qaçmaq şəhəri işğal etmək mənasına gəlir.

Ən sevilən heyvan isə itdir, lakin alıb saxlamaq da qadağandır.

Bölgəyə giriş sərbəst olsa da, təhlükəsizlik baxımından video-foto çəkilişləri gələnlərə tövsiyə olunmur.

 

 

 

Mənbə: sey-yah.com

OXŞAR XƏBƏRLƏR