Bakıdan Əbu-Dabiyə yeni - TƏYYARƏ REYSİ

Xəbərlər 10 Oktyabr 2016 00:00 785
Bakıdan Əbu-Dabiyə yeni - TƏYYARƏ REYSİ

2017-ci ildə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarca Əmirliyi arasında birbaşa aviasiya xətti açılacaq. Bu barədə Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov məlumat verib. Onun sözlərinə görə, artıq gələn ilin ilk ongünlüyündə Şarca Əmirliyindən Azərbaycana aviareyslərin açılması haqqında razılaşma əldə olunub. Hazırda uçuşların təşkili ilə əlaqədar məsələlər həll edilir və reyslərin ölkənin məhz hansı regionuna həyata keçiriləcəyi müəyyən olunur.

Hazırda Əbu-Dabi ilə Bakı arasında birbaşa reysin açılması haqqında BƏƏ-nin “Etihad Airways” Milli Aviaşirkəti ilə də danışıqların aparıldığını bildirən D.Şikarov deyib: “İki paytaxt arasında birbaşa reysin açılması ölkələrimiz arasında ticarətin inkişafına, turizm axınının güclənməsinə, habelə xalqlarımızın yaxınlaşmasına və ikitərəfli əlaqələrin möhkəmlənməsinə xidmət edəcək”.

Mənbə: Azərtac

OXŞAR XƏBƏRLƏR