Almaniyanın Veymar şəhərində - SOĞAN FESTİVALI

Xəbərlər 10 Oktyabr 2016 00:00 740
Almaniyanın Veymar şəhərində - SOĞAN FESTİVALI

Azərbaycanda keçirilən məşhur festivallar, o cümlədən Göyçayda nar, Qubada alma, Gəncədə plov və Şəkidə paxlava festivalları hamıya məlumdur.

Bəs Almaniyada hansı festivallar keçirilir?

Bu gün Veymar şəhərində məşhur Soğan Bazarı (Zwiebelmarkt) açılıb. Bu, Şərqi Almaniyanın populyar payız bayramlarından biridir.

Yarmarka barədə ilk yazılı məlumat 1653-cü ilə gedib çıxır. Ənənə ADR vaxtında da davam edib. Həmin vaxt bazara bir neçə gün ərzində 120 minədək adam gəlib.

1970-ci ildə burada 100 ton soğan satılıb. Bu il təşkilatçılar 300 min nəfərin gəlməsini gözləyir. Bayram bazar gününədək davam edəcək.

OXŞAR XƏBƏRLƏR