Vizasız dünyanı gəzmək üçün ən ideal pasport hansı ölkəyə məxsusdur?

İngiltərənin "Independent" qəzeti viza almadan hansı dövlətin pasportu ilə daha çox ölkəyə səfər etməyin mümkünlüyü barədə siyahı dərc edib.
Xəbərlər 25 Oktyabr 2013 00:00 1430
Vizasız dünyanı gəzmək üçün ən ideal pasport hansı ölkəyə məxsusdur?

İngiltərənin "Independent" qəzeti viza almadan hansı dövlətin pasportu ilə daha çox ölkəyə səfər etməyin mümkünlüyü barədə siyahı dərc edib. Seyyah.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, dünyanı gəzmək üçün ən ideal pasport sahibləri Böyük Britaniya, Finlandiya və İsveç vətəndaşlarıdır.

 

Belə ki, Britaniya, Finlandiya və İsveç pasportları ilə vizasız 173 ölkəyə getmək mümkündür. Siyahının ilk onluğunda qərarlaşan ölkədən 9-u Avropa İttifaqının üzvüdür. Vizasız səyahət etmək baxımından ən az bəxti gətirən ölkələr isə Somali, İraq və Əfqanıstandır. Türklər 94, ruslar isə 95 ölkəyə vizasız səyahət etmək imkanına malikdirlər. Hindistanda bu rəqəm 52, Çində isə 44-ə bərabərdir.

 

Son iki ölkənin əhalisinin sayının çox olmasına baxmayaraq, siyahının aşağı pillələrində olması diqqətçəkən amildir.

OXŞAR XƏBƏRLƏR