Birləşmiş Millətlər Təşkilatı (BMT) 2015-ci ildə turistlərin ən çox səfər etdiyi 10 ölkənin adını açıqlayıb.
Seyyah.az-ın məlumatına görə, siyahıda ilk sırada 85,5 milyon turisti qəbul edən Fransa qərarlaşıb.
İkinci sırada 77,5 milyon turistlə ABŞ, üçüncü yerdə isə 68,2 milyon turistlə İspaniya yer alıb.
Siyahıda Çin dördüncü (56,9 milyon), İtaliya beşinci (50,7 milyon), Türkiyə altıncı (39,5 milyon), Almaniya isə yeddinci (34,2 milyon) olub.
Son üçlüyü İngiltərə (32,1 milyon), Meksika (32,1 milyon) və Rusiya (31,3 milyon) tamamlayıb.
Mənbə: sey-yah.com