Bakıda Beynəlxalq Caz Festivalı – BİLETLƏRİN QİYMƏTİ

Xəbərlər 11 Oktyabr 2016 00:00 608
Bakıda Beynəlxalq Caz Festivalı – BİLETLƏRİN QİYMƏTİ

22-30 oktyabr tarixlərində Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək. Festivalda Braziliya, Gürcüstan, İsveç, İspaniya, Fransa, Avstriya,Türkiyə, İtaliya, Norveç, Niderland, Almaniya, Macarıstan, Litva, Yaponiya və Kolumbiyadan olan məşhur musiqiçilərin iştirakı gözlənilir.

Festival paytaxtda 3 məkanda keçiriləcək. Bunlar - Beynəlxalq Muğam Mərkəzi, Heydər Əliyev Sarayı və Dövlət Filarmoniyasıdır.

Fins.az-ın məlumatına görə, biletlərin qiyməti  20 -190 manat arasında dəyişir. Biletləri şəhərin bütün kassalarından və tədbirin keçirildiyi ünvanlardan almaq olar. 

OXŞAR XƏBƏRLƏR