AZAL Londona reysləri artırıb – QİYMƏTLƏR

Xəbərlər 12 Oktyabr 2016 00:00 713
AZAL Londona reysləri artırıb – QİYMƏTLƏR

AZAL Londona müntəzəm reyslərin sayını artırıb. Buna səbəb "Azərbaycan Hava Yolları" QSC (AZAL) qış cədvəlinin qüvvəyə minməsi ilə əlaqədar  olaraq 11 oktyabr 2016-cı ildən etibarən Bakıdan Londona müntəzəm reyslərin sayının çoxaldılmasıdır. Hazırda aviaşirkət Heydər Əliyev Beynəlxalq Hava Limanından Britaniya paytaxtının əsas hava limanı - Hitrou aeroportuna həftədə beş reys həyata keçirir. Oktyabrın 30-dan başlayaraq uçuşlar hər gün həyata keçiriləcək.

Şənbə günləri Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş Bakı vaxtı ilə saat 18:25-də, Hitrou Beynəlxalq Hava Limanına çatma isə yerli vaxtla saat 20:25-də olacaq. Londondan uçuş yerli vaxtla saat 21:50-də, Bakıya gəlmə isə Bakı vaxtı ilə saat 07:20-də olacaq. Qalan bütün günlər üzrə Bakıdan uçuş saatı 19:05-də, Londona çatma saat 21:05-də, Londondan uçuş saatı 22:05-də, Bakıya enmə isə saat 07:35-də olacaq.

Qeyd edək ki, Londona reyslər üç sinifli – ekonom, Comfort-klub və VIP-klub – salonlarla təchiz edilmiş müasir “Boeing-787 Dreamliner” təyyarəsi ilə həyata keçirilir.

Biletlərin qiymətlərinə gəlincə, ekonom sinifli reysdə qiymətlər 351-521 manat arasında dəyişir. Komfort klub sinifli reys isə 790.26 manatdır. VİP klub salonla təchiz olunmuş reys isə 1739-la -2062 manat arasında dəyişir. Göstərilən məbləğə Londona gediş və gəliş qiymətləri daxildir. 

OXŞAR XƏBƏRLƏR