Almaniyada tibb təhsilə gedənlər artıb – MÜSAHİBƏ

Xəbərlər 14 Oktyabr 2016 00:00 671
Almaniyada tibb təhsilə gedənlər artıb – MÜSAHİBƏ

Azərbaycandan xaricə təhsil almaq üçün gedənlərin sayı artıb. Onların bir hissəsi geri dönməmək niyyəti ilə gedirlər. Bu fikirləri fins.az- müsahibəsində YBF şirkətinin baş meneceri Cəmil Əliyev də təsdiqləyib.

- Biz xaric də təhsil almaq istəyən gənclər üçün turlar təşkil edirik.  Onlar gedib həmin ölkələrdəki  universitetlərdə olurlar, orda iş prinsipləri, tədris metodikaları ilə bağlı ətraflı informasiya toplayırlar. Yerində öz suallarına cavab ala bilirlər. Bu da gələcəkdə onların seçim etməsi üçün çox faydalı olur.

- Belə turların qiyməti nə qədərdir?

- Adətən belə turların qiyməti bir neçə yüz avro olur. Məsələn, noyabr ayında Almaniyanın Münhen şəhərinə tur təşkil edəcəyik.  7 gecə 8 günlük tur üçün 320 euro ödəniləcək. Çalışırıq ki, ondan yüksək olmasın. Müəyyən tələbat səviyyəsi var ki,  onu aşa bilmirik.

- Belə turlara tələbat varmı?

- Əvvəllər  bu cür turlar çox idi. Məsələn,  yay  aylarında Gürcüstana 2 dəfə 45  nəfərlik tur təşkil edirdik. Bu il tələb olmadı. Devalvasiya ilə  bağlı maraq azalıb. Türkiyəyə maraq çox idi. İndi həm Türkiyədəki hadisələr, həm də dolların bahalaşması ilə bağlı  bu ölkəyə gedənlər olmadı. Normalda daha çox Türkiyəyə gedirdik.

- Bəs indi ən çox hansı ölkələrə tur təşkil edirsiniz?

- İndi Macarıstana, Almaniyaya gedirik. Təxminən 30-35 nəfər planlaşdırılır. Universitetlərə səfərlər olacaq. Eləcə də VMW və “ Google”un Almaniyadakı ofisində, dövlət orqanlarında görüşlər olacaq.    

- Turların nəticəsi necə olur?

- Əslində gedənlərin çoxu gəzmək üçün gedir. Onlardan ancaq 20 faiz gənc hansısa xarici ölkədə olanda oxuyacağı universiteti seçir və qərarını verir. Bizə də bildirir ki, hansı ali məktəbdə təhsil almaq istəyir. Biz də onlara yardım edirik. Biz daim onlarla əlaqə saxlayırıq, ölkəyə yerləşməsi, gündəlik tələbatlarının təmin olunmasında köməklik edirik. Bu yay 25 nəfərdən çox tələbəni Almaniyaya  göndərmişik.

- Azərbaycanlılar xaricdə əsasən hansı ixtisaslarda təhsil almaq istəyirlər?

- Daha çox iqtisadiyyat fakültələrində nəzəri fənləri  tələb edirlər. Texniki və humanitar fənlərə meyl yoxdur. Səbəbini də anlamaq olmur. 

- Dil kursları ilə bağlı vəziyyət nə yerdədi? Hansısa yeni tendesiya varmı?

- Əsasən dil seçimi  rus və ingilis dillərinin üzərindədir. Xaricə getmək istəyənlərin sayı çoxalıb. Təhsil alıb xaricdə qalmaq istəyən tələbələrimiz daha çoxdur. Yəni onların geri  qayıtmaq istəyənləri azdır. Biz xaricdə işləmək istəyənlərə də ordakı dostlarımız,     tərəfdaşlarımız vasitəsilə  kömək edə bilirik.

- Müşahidələr göstəri ki, son vaxtlarda alman dilinə maraq artıb.

- Bəli, Almaniyada təhsil pulsuzdur və tibb sahəsində təhsil alanlara çoxlu  güzəştlər olur. Ona görə bu sahəyə maraq böyükdür. Almaniyada tibb sahəsində praktika ilə bağlı  layihəmiz var. Əsasən, 1-3 aylıq kurslar təşkil olunur.  Həmin kusrlarda təhsil  təxminən 1 aylıq 500 euroya başa gəlir. 3 aylıq isə 800 euro lazım olacaq. Azərbaycanlı gənclər əsasən, rezidentura mərhələsi üçün gedirlər. Bunun üçün də alman dili şərtdir.    

OXŞAR XƏBƏRLƏR