5 ulduz hotellərdə endirim başlandı – 2 NƏFƏR 69 MANATDAN

Xəbərlər 14 Oktyabr 2016 00:00 1996
5 ulduz hotellərdə endirim başlandı – 2 NƏFƏR 69 MANATDAN

Payız mövsümü ilə əlaqadər olaraq ölkənin bəzi 5 ulduzlu otelləri  payız kampaniyasına başlayıblar. Kampaniya çərçivəsində müştərilərə endirimli qiymətlər  təklif edilir. Fins.az bölgələrdə yerləşən və kampaniya edən 5 ulduzlu otellərin siyahısnı təqdim edir.

 

“Şamaxı Palace Sharadil” hotel – 69 MANATDAN

Bakıya ən yaxın olan və dəbdəbəsinə görə tanınmış “Şamaxı Palace Sharadil” hotel indiyədək də çoxsaylı kampaniyalarla yadda qalıb. Bu dəfə isə hotelin kampaniyası sərfəliliyinə görə seçilir. Belə ki, şirkət mühtərilərinə 3 paket təklif edir. Hər 3 paket 2 nəfərlikdir. Bunlar 2 nəfər (səhər yeməyi daxil) 69 manat, 2 nəfər (səhər və şam yeməyi daxil) 99 manat, 2 nəfər (gün ərzində 3 dəfə yemək daxil) 119 manat təşkil edir. Bu qiymətlərə hovuz və fitnes imkanlarından istifadə də daxildir.  Bu, yalnız həftə içi 5 gün ərzində olan qiymətlərdir. Həftə sonları hər bir paket 10 manat bahalaşır. Qeyd edək ki, hazırda 2 nəfərlik 69 manata olan otaq bir müddət əvvəl 89 manat olub. 99 manata olan otaqlar isə 129 manata olub. 

 

“Rixos Quba” hotel – 99 MANATDAN

Digər bir 5 ulduzlu “Rixos Quba” oteli də oktyabrn 16-dan dekabrn 16-a kimi “Qızıl Payız” kampaniyasına başlayıb. Oteldə iki nəfərin istirahəti 99 manatdır. Qeyd edək ki, bu qiymət həftənin bütün günlərinə aiddir. Qiymətə səhər yeməyi, türk hamamı, sauna, açıq və qapalı hovuzlar daxildir. Qeyd edək ki, hazırda 99 manata olan otaqlar əvvəl 119 manat olub. Həmçinin oteldə uşaqlar üçün pulsuz karaoke klub da fəaliyyət göstərir.

 

“River İnn” hotel – 79 MANATDAN

Payız kampaniyası edən otellərdən biri də Nabranda yerləşən “River İnn” otelidir. Kampaniyaya görə, səhər yeməyi daxil iki nəfər üçün oteldə gecələmək 79 manatdır. Bu qiymətə səhər yeməyi, sauna,  türk hamamı xidmətləri, ən əsası hoteldəki əla atmosfer və gözəl şərait daxildir.  Qeyd edək ki, ötən aylarda iki nəfər üçün oteldə qalmaq haqqı 99 manat olub.

 

“Şəki Palace” otel – 75 MANATDAN

Endirimlər dalğası Şəkinin məşhur otellərindən olan «Şəki saray»dan da yan keçməyib.  Oteldə iki nəfərlik otaq 75 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir. Oteldə olan 3 nəfərlik otaq isə 90 manatdır bu məbləğə səhər yeməyi daxildir. Qeyd edək ki, əvvəl bu otağın qiyməti 110 manat olub.

 

“Şhahdağ Hotel and SPA”

Yuxarıdakı hotellərin qiymətlərinə baxanda “Şhahdağ Hotel and SPA”dakı təkliflər hətta  indi də  baha görünür. Burada qiymətlər 80 manatla 110 manat arasında dəyişir. 1 nəfərin səhər yeməyi daxil gecələməsi 80 manata, iki nəfər üçünsə 110 manata başa gəlir. 80 manatlıq otağın qiyməti indiyədək 100 manat, 110 manatlıq otağın qiyməti isə 130 manat idi.

Qiymətə səhər yeməyindən əlavə türk hamamı, sauna, açıq və qapalı hovuzlar da daxildir.

 

Eləcə də bax: Naxçıvanda bal festivalı keçiriləcək - YENİLİK

 

 

OXŞAR XƏBƏRLƏR