Dünyanın ən bahalı şam yeməyi - QİYMƏT

Xəbərlər 14 Oktyabr 2016 00:00 1089
Dünyanın ən bahalı şam yeməyi - QİYMƏT

Sinqapurda "Marina Bay Sands" otelinin damında yerləşən "Ce La Vi" restoranında dünyanın ən bahalı şam yeməyi verilir. Bunun üçün müştərilər 2 milyon dollar ödəməlidirlər.

Bu qiymətə şəhər üzərində vertolyotla 45 dəqiqəlik gəzinti, Rolls-Royce avtomobilində restorana transfer və Sinqapur şəhərinə gözəl mənzərəsi olan, 10 min qızılgüllə bəzədilmiş zalın icarəsi daxildir.

Qonaqlara baş aşpazdan 18 cür yemək təklif edilir. Onların arasında ən bahalı kürü və stridiya növündən hazırlanan təamlar var. Şam yeməyində süfrəyə həmçinin, 30-40 illik şərab da veriləcək.

 

Brilyantlarla bəzədilmiş yemək alətlərinin üzərində hər bir qonağın adı həkk olunacaq. Gecə yarısı isə restoran tərəfindən 2,08 karatlıq brilyantlı çəhrayı qızıldan üzük hədiyyə ediləcək. Şam yeməyi möhtəşəm atəşfəşanlıqla yekunlaşacaq.

 

Mənbə: buro247.az

OXŞAR XƏBƏRLƏR