“BRIDGE CANADA IMMIGRATION” təşkilatının rəsmi nümayəndələri 29 oktyabr 2016 il tarixində “Kanadaya Necə Miqrasiya etmək olar?” mövzusunda Bakıda ödənişsiz seminar-konsultasiya keçirəcəklər.
Seminar-konsultasiyada məlumat alacaqsınız:
1.Express giriş adlı vahid miqrasiya proqramı və proqrama qəbul olma şərtləri
2.Ali və peşə ixtisaslı mütəxəssislərin Kanadaya miqrasiyası üçün lazımi tələblər
3.Kanadada mövcud təhsil proqramları və tələbələr üçün iş və yaşam imkanları
4.Biznes fəaliyyəti ilə məşğul olan şəxslərin Kanadada iş qurmağı üçün qoyulan tələblər
Seminar-Konsultasiyada həmçinin Kanadaya miqrasiyanı düşünən şəxslərin miqrasiya şərtlərinə uyğun olub olmamağı da yoxlanılacaq.
“BRIDGE CANADA IMMIGRATION” Kanada Miqrasiya Departamenti tərəfindən lisenziya almış təşkilat olaraq digər ölkələrdən Kanadaya miqrasiya etmək istəyən vətəndaşlara hüquqi yardım göstərir.
“BRIDGE CANADA IMMIGRATION” tərəfindən dəstək göstərilən vətəndaş qrupları aşağıdakılardan ibarətdir:
Fərdlər
Ailələr
Yüksək ixtisaslı mütəxəssislər
Kanadada təhsil alan əcnəbi tələbələr
İş və ziyarətçi vizası olan əcnəbi vətəndaşlar
Sahibkarlar
İş adamları
Tədbirdə iştirak etmək üçün aşağıda qeyd olunan linkə daxil olub qeydiyyatdan keçin:
https://goo.gl/forms/WWogQYfoaQWRCd3b2
Qeydiyyat mütləqdir.
Qeydiyyatdan keçməyənlər seminara buraxılmayacaq.
Seminar-konsultasiyanın daha faydalı və səmərəli keçməsi üçün hədəf qruplarının aşağıdakı qeyd olunan vaxtlara riayət etməsi mütləqdir:
Saat 10:00-12:00: Tələbə olaraq miqrasiya etmək istəyənlər
Saat 13:00-16:00: Ali Təhsilli və Peşə İxtisaslı mütəxəssis olaraq miqrasiya etmək istəyənlər
Saat 16:30-18:00: Biznes Fəaliyyət ilə məşğul olan sahibkar olaraq miqrasiya etmək istəyənlər
Xahiş edirik, qeydiyyatdan keçərkən hansı hədəf qrupuna aid olduğunuzu dəqiq qeyd edin.
Son qeydiyyat tarixi:
26 oktyabr 2016, saat 16:00
Ünvan:
Səməd Vurğun küçəsi 77, Zabitlər Parkı, GRBS Binası
https://www.facebook.com/events/1257289414301865/