Lex: Alp dağlarının sehri

Otaqların çoxu buxarılar və ya nəfis dekorativ peçlərlə təchiz edilib, bununla belə nömrələrin heç biri digərini təkrarlamır. Qonaqların maraqlarını nəzərə alaraq, otel ovçular üçün xüsusi təklif hazırayıb. "Gasthof Post" oteli Formarinze gölünün yaxınlığında ovçu evinə və 300 illik tarixi olan Emo-Stube ovçu restoranına sahibdir.

Lex: Alp dağlarının sehri

Lex: Alp dağlarının sehri

Lex: Alp dağlarının sehri

Lex: Alp dağlarının sehri

Lexin mənzərəli ərazilərində piyada gəzintilər ən yaxşı meditasiyadır. Təmiz dağ havasını udaraq və iştahını oyadaraq, səni ərik cemi ilə oladyaların gözlədiyi otelə qayıdırsan. Daha sonra isə evsayağı hazırlanmış pendirli əriştənin dadına baxmaq olar. Ümumiyyətlə, pendir yerli kulinariyada çox vacib rol oynayır. Regionun mətbəxi öz üzərində alman, italyan və digər xalqların məktəblərinin təsirini daşıyır, Mişlen ulduzu ilə seçilən "Post Stuben" otelinin restoranında isə qonaqlara ən nəfis yeməklər və zəngin şərab seçimi təklif edilir.

39 nömrədən ibarət otel qonaqlara istirahət üçün lazım ola biləcək hər şeyi təqdim edir: restoranlar, barlar, uşaqlar üçün və qızdırılan hovuz, SPA-mərkəz, gözəllik salonu, trenajor zal, uşaq klubu, uşaq oyun meydançası, 4 konfrans zalı. Otelin təklif etdiyi daha bir seçim isə Welltain - xüsusi proqramlar üzrə və instruktorların nəzarəti altında dağlarda fitneslə məşğul olmadır.

Lex: Alp dağlarının sehri

Lex: Alp dağlarının sehri

Lex: Alp dağlarının sehri

"Gasthof Post" otelinin şüarı belədir: "Burada sıxıntıdan başqa hər şey əlçatandır". Bu isə öz əksini təkcə qış əyləncələrinin müxtəlifliyində deyil, həm də dolğun yay proqramına tapır.

Mənbə: http://www.buro247.az/lifestyle/travel/lex-alp-da-lar-n-n-sehri.html