AZAL Rusiyaya yeni birbaşa aviareys açır

Xəbərlər 1 Aprel 2014 00:00 2132
AZAL Rusiyaya yeni birbaşa aviareys açır

«Azərbaycan Hava Yolları» QSC (AZAL) Rusiyanın Perm vilayətinə yeni aviareys açır.


Seyyah.az "APA-Economics"a istinadən xəbər verir ki, AZAL may ayından etibarən Bakıdan Permə birbaşa aviareys açmaq niyyətindədir. AZAL-ın mətbuat xidmətinin rəisi Məhərrəm Səfərli məlumatı təsdiqləyib.


Bakı-Perm aviareysi üzrə ilk uçuş mayın 20-də gerçəkləşdiriləcək. Bakı və əks istiqamətdə uçuşlar həftədə iki dəfə - II və V günlər yerinə yetiriləcək. Aviareysləri «Airbus A319» və «A320» təyyarələri həyata keçirəcək.

Xatırladaq ki, bundan əvvəl Perm-Bakı marşrutu üzrə uçuşları «İjavia» aviaşirkəti yerinə yetirirdi. Lakin 2013-cü ilin may ayında şirkət uçuşları dayandırıb.

OXŞAR XƏBƏRLƏR