İtaliyada azərbaycanlı səyahətçinin - başına gələnlər

Xəbərlər 30 Oktyabr 2016 00:00 812
İtaliyada azərbaycanlı səyahətçinin - başına gələnlər

Azərbaycanlı səyahətçi Nəriman Niftəliyev təxminən 2 ay öncə Avropaya uzunmüddətli səyahətə çıxıb. O, səyahət boyu başına gələnləri sosial şəbəkə vasitəsilə dostları ilə bölüşür. O, Fransadan İtaliyaya keçərkən başına gələnlərdən yazıb. 14088447_10208013142941250_7459739870337330266_nDeyir, ilk dəfəydi ki, Avropada ölkələrarası sərhəd keçid məntəqəsində ciddi yoxlama ilə üzləşib. Bu, bəlkə də Avropa şəhərlərində son illər baş verən terror hadisələri ilə bağlıdır:

“Fransadan İtaliyaya piyada keçirdim. İlk dəfə sərhəddə cidditəhər yoxlama gördüm, amma məntiqini tutmadım düzü. Bəzi maşınları saxlayıb sənədlərinə, bəzilərinin baqajlarına baxırdılar. Fransız ya italyan maşını da fərq etmirdi. Mənim çantamı da yüngülvarı yoxladılar, pasportumu maşına aparıb 10 dəqiqə sonra gətirdilər. Nə isə ki, sonda sərhəddi keçə bildim”.

N. Niftəliyev deyir ki, bir az piyada gedib avtostop etmək qərarına gəlib: “Yarım saat filan gözəyəndən sonra Monako nömrəli italyan götürdü, Ventimigliada Fransadan İtaliyaya gedən magistralda payage’da saxladı. İlk dəfə idi ki, payage’da polis görürdüm. Fransada, İspaniyada problem olmurdu. Burada polis yaxınlaşdı həmin dəqiqə. Pasportuma baxdı, Ventimigle və E80 yazılmış kartonlarımı alıb baxdı, hara getdiyimi soruşdu. Genoa bu istiqamət deyil, bu Fransaya gedir. Sən hara getdiyini bilmirsən, əlindəki kartona da Ventimigle yazılıb (hələ vaxt edib, Genova yazmamışdım), sürüş burdan. Bir az məntiqsiz sözlər danışdı, arada da dedi ki, istəyirsən səni polis şöbəsinə aparım (!), sırf bizim polislər kimi. Sürüşməyinə sürüşdüm, amma Molla Nəsrəddin kimi ayağımı cızdan kənara qoydum, ürəyimi boşaltdım, dedim fransızlar, almanlar sizdən yaxşı oğlanlardır”

13901461_10207943215513108_7436575917681009271_n

Bir az aşağı düşüb Ventimigledən gələn yoldakı payage’da dayandım. Orda da polis vardı, qoymadı yolla yeriməyə. 3 saat gözlədim, Genova, Sanremo yazısı tutdum, götürən olmadı. Axırda bezib bir tərəfə Nice (Fransa) bir tərəfə Genova yazısı tutdum (yolayrıcı idi, hər iki istiqamətə maşınlar var idi). Və gəldim Nice’ə..

 

İndi siz deyin, bir daha cəhd edim İtaliyaya getmək üçün yoxsa rədd edim getsin İtaliyanı?

MƏNBƏ: SƏYAHƏTÇİ BLOQU

OXŞAR XƏBƏRLƏR