«Türkiyədə 100 dollara da universitet var» – QİYMƏTLƏR, QƏBUL ŞƏRTLƏRİ

Xəbərlər 31 Oktyabr 2016 00:00 1131
«Türkiyədə 100 dollara da universitet var» – QİYMƏTLƏR, QƏBUL ŞƏRTLƏRİ

Xəbər verdiyimiz kimi, oktyabrın 29-30-da  Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçirilib. "Akademi Group Təhsil Mərkəzi"nin layihə meneceri Razi Vəliyev fisn.az-a müsahibəsində qonşu ölkədə universitetlərə qəbul şərtləri və diplomların tanınması məsələlərinə aydınlıq gətirib. 

 

Qəbul qaydaları

 

Türkiyə universitetlərinə bir neçə  formada qəbul aparılır.

 

1.      Attestatla. Yəni, universitetlərin bəziləri orta məktəbləri bitirmək haqqında sənədi və məktəb müəllimlərinin verdiyi referanslarla tələbə qəbul edir. Attestatla  tibb ixtisasları tədris edən universitetə də qəbul olmaq olar.

 

2.      YÖS imtahanı ilə.  Bu riyaziyyat və məntiq biliklərini qiymətləndirən sistemdir.  Universitet özü də bu imtahanı keçirə bilər, və ya başqa bir universitetin keçirdiyi YÖS imtahanının nəticələrini də qəbul edə bilər.

 

3.      Beynəlxalq imtahanlarla. Bir çox universitetlər SAT, İB imtahan larının  nəticələrinə əsasən tələbə  qəbul edir.

 

4.      Beynəlxalq Fənn olimpiadalarının nəticələri əsasənda. Siz Türkiyədə olimpiada nəticələrinizə görə də universitetə qəbul ola bilərsiz.

 

Qəbul olmaq üçün göstəricilər 80-100 faiz arasında olmaldıdır. Eyni vaxtda bir neçə universitetə sənəd vermək olar.

 

 

Diplomları Azərbaycanda və Avropada tanınır

 

R.Vəliyev bildirib ki, universitetlərin yerindən, təhsil formasından asılı olmayaraq Türkiyədəki bütün  universitetlərin diplomları Azərbaycanda tanınır. Seçim qarşısında olandə işəgötürənlər Türkiyədə təhsil alanlara üstünlük verirlər.

 

BeynəIxalq  müqavilələr, Haaqa Konvensiyası əsasında Türkiyədə verilən  diplomlar Avropada da tanınır. Onların mübadilə proqramları var. Türkiyədə təhsil alan tələbələr həmin Avropa universitetlərində müddətli təhsil ala bilərlər. Bundan sonra  magistr  təhsili üçün Avropada universitet  seçmək imkanı da olacaq.

 

Qiymətlər

 

Türkiyədə təhsil almaq yerindən   və universitetlərin verdiyi təhsil səviyyəsindən asılı olaraq  müxtəlif qiymətlərə başa gələ bilər. R.Vəliyevin sözlərinə görə, siz illik 100 dollar ödəməklə bu ölkədə universitet təhsili ala bilərsiz.

 

Məsələn, Burdur şəhərində yerləşən Mehmet Akif Aksoy Universitetində təhsil haqqı 190 TL və ya təxminən 100 manatdır.

 

Dövlət universitetlərində yerli tələbələrə təhsil pulsuzdur. Bəzi universitetlər xaricdə tanınmaq üçün ilk illərdə təhsil haqılarını aşağı edirlər.

 

Tibb ixtisasları isə daha bahadır. Həmin universitetlərdə təhsil haqqı 20-25 min dollar arasında dəyişir.  Onlara Koç Universiteti, Baxçeşehir Universiteti, Kəmər Bulqas Universiteti aiddir. Əgər siz əlaçı olsanız təhsil haqqında 50-75 faiz aralığında  güzəşt qazana bilrəsiz.

 

Yataqxana qiymətləri

Təhsil haqları kimi Türkiyədə yataqxana qiymətləri də fərqlidir. Gec gedən tələbələr özəl yataqxanalarda və ya  dostları ilə ev tutub qala bilər. Ən ucuz yataqxanalarda qiymət 150-200 dollardan başlayır. Yataqxana qiymətləri 1000 dollara qədər ola bilər.  

OXŞAR XƏBƏRLƏR