Dünyanın ən yaxşı restoranları bunlardır - FOTOLAR

Xəbərlər 31 Oktyabr 2016 00:00 919
Dünyanın ən yaxşı restoranları bunlardır - FOTOLAR

Dünya üzrə ən yaxşı restoranların reytinqi hazırlanıb. 
Seyyah.az xəbər verir ki, yeni reytinq "Restaurant" jurnalı tərəfindən təqdim olunub. İtaliyanın "Osteria Francescana" restoranı dünyanın ən yaxşı restoranı seçilib.

 

 


Restoran ənənəvi italyan yeməklərinə ixtiraçı yanaşması ilə birinci yerə layiq görülüb.

Siyahıda 2-ci yeri 2015-ci ilin lideri olan ispan restoranı “El Celler de Can Roca” tutub.

3-cü yerdə Nyu-Yorkun “Eleven Madison Park” restoranı qərarlaşıb.  

Siyahıda növbəti pilləni “Central” (Lima, Peru) tutub. 

Kopenhagenin məşhur “Noma” restoranı isə 5-ci yerin sahibi olub.

Top-10-a həmçinin, Fransa, Yaponiya və Avstriya restoranları daxil edilib. 50 ən yaxşı restoran siyahısına daxil olan müəssisələrdən yarıdan çoxu Avropada yerləşir. Qalan restoranlardan 6-sı ABŞ, 6-sı Cənubi Amerika, 5-i isə Asiyada yerləşir.

Qeyd edək ki, “Restaurant” jurnalı tərəfindən dünyanın ən yaxşı restoranlarının siyahısı 2002-ci ildən tərtib olunur. Siyahı sef-aşpazların, restoratorların, kulinariya ekspertlərinin və şərhçilərin şəxsi təcrübəsinə əsaslanır.

OXŞAR XƏBƏRLƏR