Əgər həqiqətən ən ucuz qiymətləri axtarırsınızsa, bunun üçün əsas şərt ən yaxşı taktikaları bilməyinizdir. Səyahət mütəxəssislərinin təsdiqlədiyi 6 üsulu sizə təqdim edirik.
1. Biletinizi 6 həftə öncə alın.

Əvvəllər bazarda çox ucuz qiymət təqdim edən hava yolu şirkəti yox idi, ucuz bilet tapmaq üçün bütün sistem son dəqiqə üzərində qurulmuşdu. Artıq son dəqiqə bilet tapmaq əhəmiyyətli hala gəldi və insanlar tapa bildikləri biletlərə elə astronomik qiymətlər ödəməyi gözdən çıxarmağa başladılar. Eyni zamanda , Hava yolları Hesabat Təşkilatı, bilet ödənişlərinin uçuş vaxtından 6 həftə əvvəl orta qiymətlərdən aşağı düşdüyünü qeyd etmişdir.
2. Ən çox seçim etdiyiniz hava yolu şirkətinin e-bülletenlərinə üzv olun.

Son dəqiqə uçuş fürsətlərini tapmaq çətindir ancaq necə əldə edəcəyinizi bilsəniz hələki şansınız var. Məsələn seçim etdiyiniz bir neçə hava yolunun saytını nəzərdən keçirib üzv olun. Beləcə daimi olaraq qısa müddət üçün açılan yeni marşrutlar üçün tətbiq olunan və ən əhəmiyyətlisi son dəqiqə uçuşları üçün aşağı qiymətlərin xəbərdarlıq mesajları tanış olacaqsız.Xüsusilə Çərşənbə axşamı günlərinə diqqət edin. Hava yolları həftə sonu uçuşlarının dolu olub-olmadığına nəzarət edir və əgər boş yerlərin sayı çoxdursa qiymətləri aşağı salıb bütün üzvlərin elektron poçt ünvanına xəbərdarlıq mesajı göndərir.
3. Hər yerə variantı

ƏgƏgər daha əvvəl getmədiyiniz, ağlınızda olmayan yerlərə istəyirsinizsə, ən yaxşı qiymətləri tapmaq üçün çox doğru yoldasınız deməkdir. J Skyscanner-in səyahət axtarışı ekranında “Hər yerə ” variantı olduğunuz yerdən ən ucuz və ən qısa zamanda gedə biləcəyiniz destinasiyaları sizə təqdim edəcək.
4.Düzgün kredit kart seçimi

Əgər kredit kartlarıyla aranız yaxşıdırsa, yəni yaxşı bir kart istifadəçisisinizsə, o zaman hava yolu firmalarının təqdim etdiyi kredit kartını istifadə etmənin çox faydasını görə bilərsiniz. Bu tip kartlar xüsusilə uzun yol uçuşları üçün böyük qiymət üstünlüyü təmin edə bilər. Ümumiyyətlə, nə qədər çox istifadə etsəniz o qədər çox bal qazanacaqsınız. Mükafat isə millər əsasında hesablanır. Uçuş millərinizi artırmanın ən yaxşı yolu isə market, benzin, yemək kimi ağılınıza nə gəlirsə gündəlik alış-verişi belə bu kart ilə etməkdir. Amma mil qazanacaqsınız deyə borclarınızıda artırmayın. Unutmayın, mil qazanmaq üçün nağd istifadə yerinə kredit kartınızı istifadə edərək ağıllı alış-veriş edirsiniz. Faiz ödəyərək üstünlük təmin edə bilməzsiniz.
5.Bir istiqamətdə bilet almağa üstünlük verin (hər iki istiqamətdə)

Hər zaman etibarlı olmasa da bəzən gediş-dönüş bilet almaq yerinə iki ədəd tək istiqamətdə bilet almaq daha münasib ola bilər. Məsələn gedişdə Sabiha Gökçen Hava limanından qalxan bir uçuş daha əlverişli ikən dönüşdə Atatürk Hava limanına enən bir uçuş daha aşağı büdcə təqdim edə bilər.
6. 24 saat qaydası

Bəzi hava yolu şirkətləri uçuşunuzu 24 saat əvvəl ləğv etsəniz, bilet pulunuzu tam olaraq geri ödəyir. Bilet aldığınız uçuş üçün Skyscanner qiymət xəbərdarlığına üzv olaraq, uçuşunuzun qiymətlərini nəzarət edə bilərsiniz. 24 saat qalana qədər qiymətlərdə əhəmiyyətli bir endirim olarsa biletinizi ləğv edib daha əlverişli olan bileti dərhal ala bilərsiniz. Beləcə aradakı fərq cibinizdə qalmış olur.