Parisdə pulsuz gedə biləcəyiniz 12 məkanı təqdim edirik:
1.Notre Dame
Bu qotik arxitektura abidəsi Parisin simvollarından biridir. Oraya tam pulsuz daxil ola bilərsiz.
2.Sent-Vanda “taxta bazarı”
Port-de-Klinyakur metro stansiyasında düşərək, Sent-Vandakı nadir, əntiq əşyalarla dolu “taxta bazarını” ziyarət edə bilərsiz. Hər il Sent-Van ”taxta bazarını” 100 minə yaxın adam ziyarət edir.
3.Mars meydanı
Eyfel gülləsinə çıxmaq üçün 13,40 avro pul ödəməlisiz, amma aşağıda, istədiyiniz qədər pulsuz dolaşa bilərsiz. Hərbi dəqiqliklə düzülmüş kollar və qazonlar göz oxşayır. Özünüzlə bri pendiri və çaxır götürün, rahat əyləşin, axşam işıqların yanmasını gözləyin. Sizi işıq şousu gözləyir.
4.Per-Laşız gəbirsanlığı
Demək olar ki, Per-Laşız gəbirsanlığı Parisin ən sirrli məskanıdır. Qeyri adi atmosferi qoca ağaclardakı qarğaların səsləri yaradır. Siz, fransiz ədəbiyyatınin dahiləri olan Prust və Balzak ilə “tanış” ola bilərsiz. O cümlədən Oskar Vayldın qəbrini ziyarət edə bilərsiz.
5.Müasir incəsənət muzeyi
Fransız müasir incəsənətə toxunmaq üçün, metronun 9-cu xəttindən istifadə etməklə, Alma-Maro stansiyasında enmək kifayətdir. Yerli muzeydə, Jorj Brakın aqressiv kubizmindən, Anri Matisin havalı rəqqaslarına kimi müxtəlif əsərlərin böyük kolleksiyasını görə bilərsiz.
6.Sakra-Kör Bazilika
Adı “Müqəddəs ürək bazilikası” kimi tərcümə olunan ağ kilsə, 18-ci dairədə Monmart təpəsində yerləşir. İçərisi qızıl mozaika və vintaj pəncərələrlə bəzədilib. Burada dünyanın ən ağır kilsə zənglərindən birini eşitmək olar. Sakra-Körun bütün sahəsində pulsuz gəzmək olar, yalnız zəng olan hissəyə giriş pulludur.
7.Karnavale muzeyi
Əsl gəhrəmanlıq göstərin, Paris tarixini orta əsrlərdən bu günə qədər öyrənin. Bunu Şemen-Ver və Sen-Pol metro stansiyaların arasında yerləşən Karnavale muzeyinde etmək olar. Ekspozisiyalar 16-ci əsrdə tikilmiş Karnavale sarayında və 17-ci əsr yadigarı olan qonşu Le-Pelete-de-Sen-Farjo sarayında yerləşir.
8.Sen-Marten kanalı
Kanalın sahili boyunca gəzən parislilərin əlamətdar axşamlarına qoşulun, Jan Pyer Jönenin filmindəki məhşur Ameli kimi kanala daş atın, arzu tutun və yaxud gözəl piknik təşkil edin. Kanal, Respublika meydanı ilə Şimal vağzal arasında yerləşir.
9.Brankuzi emalatxanası
Pompidu adına mərkəzdə, Konstantin Brankuzi emalatxanası fəaliyyət göstərir. Brankuzi, rumın mənşəli fransız heykəltaraşıdır. O, obstrakt heykəltaraşlığın banilərindən biridir. Məhs Paris emalatxanasında onun əsas əsərləri “Ağ zənci qız”, “Şahzadə Bibesku büstü”, “Mayastra”, “Yenidoğulmuş”, “Xoruz”, “Fəzada quş”,” Balıq” kimi əsərləri təqdim olunub.
10.Lyutesiya arenası
Lyutesiya arenası, Parisdə, bu günə qədər çatan ən qədim tikilidir. 5-ci sahədə Monj küçəsində yerləşir. 1-ci əsrdə tikilən, 3-cü əsrə qədər istismarda olan bu arena, teatr səhnələri və ya qanlı qladiator döyüşləri zamanı 17 min izləyici toplayırdı.
11.“Lüserner” teatrı
Bu milli teatr tedqiqatı mərkəzi 6-ci dairədə Notr-Dam-de-Şan küçəsində yerləşir. 1980-ci illərdən bəri orada kafe teatrı, kinoklub, sərgi zalı, restoran və bar təşkil olunub. “Lüstern” həm yeni, həm klassik pyes səhnələri ilə məşhurdu. Orada bir çox içtimai yerlər pulludur, amma pulsuz olanları da var.
12.Tyulri bağı
28 hektar sahəsi olan Tyulri bağı, 16-cı əsrin sonlarında Tyulri sarayının ətrafında salınmışdı. Burada 20-dən çox ağac növləri, 3 hovuz var. Pilləkənləri isə Konkord meydanına qalxır. Bağ, qədim və muasir heykəllərlə bəzədilib.