Seyyah.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi yay turizm mövsümünə hazırlıq səviyyəsini müəyyənləşdirmək üçün monitorinqlərə başlayıb.
Nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib ki, hazırda Bakıdakı turizm şirkətlərinin fəaliyyəti araşdırılır. Yaxın 1-2 həftə ərzində paytaxtdakı mehmanxanalar, mayın sonundan isə regionlardakı mehmanxanalarda monitorinqlər aparılacaq.
A.İsmiyev bildirib ki, hazırda regionlarda turizm xidməti lazımi səviyyədə deyil. Bu problemi aradan qaldırmaq məqsədilə kadrlar üçün təlimlər keçirilir.