1. Citizen M New York Time Square Hotel, Nyu-York, ABŞ
Otel Nyu-Yorkun tam mərkəzində yerləşir, onun interyeri isə qeyri-adi dizayn və ev rahatlığını sevənlər üçün idealdır. Əsas qonaq otağı jurnal və kitablarla birlikdə rahat divan və şkaflarla təchiz edilib.

Oteldə qiymətlər ikinəfərlik bir gecə üçün 161.19 dollardan 355.59 dollara qədərdir. Daha ətraflı məlumatla otelin rəsmi saytda www.citizenm.com tanış ola bilərsiniz.

2. Au Vieux Panier, Marsel, Fransa
Au Vieux Panier oteli Marseldə yerləşir. Art-interyer həvəskarları, eləcə də rəssam və dizaynerlərin bu otel zövqüncə olacaq. Otelin hər bir otağı özünə görə unikaldır və tamamilə müxtəlif tematikalara sahibdir. Yataq otağı ən vacib və detallarına qədər düşünülmüş otaqdır, otel boş yerə "Wake up in Art!" - "İncəsənətdə oyan!" şüarını seçməyib. Hazırda otel otağı qraffiti həvəskarları üçün dəyişdirilir: otağın yarısı parlaq qraffitilərlə bəzədiləcək, digər yarısı isə klassik ağ olaraq qalacaq.

Nömrəni otelin rəsmi www.auvieuxpanier.com saytından sifariş etmək olar, qiymətlər iki nəfərə 85 avroan başlayır.

3. Westcord Art Amsterdam, Amsterdam, Niderland
Westcord Art Amsterdam - Amsterdamın tarixi mərkəzində yerləşən oteldir. Otel rəsm qalereyasını xatırladır, belə ki burada məşhur holland rəssam Herman Brodun rəsmlərinin unikal kolleksiyası təqdim edilir. Oteldə bütün rahatlıqlar var - bağa mənzərəsi açılan terras, tematik pivə barı, eləcə də velosiped icarəsi məntəqəsi. Bura rəssamlar üçün ideal yerdir. Çarpayının üzərindən asılan avanqard stilində rəsmlər yeni rəsm çəkməyə ilhamandıracaq.
Mənbə: http://www.buro247.az/lifestyle/travel/d-nyan-n-n-g-z-l-art-otell-ri.html
Mənbə: http://www.buro247.az/lifestyle/travel/d-nyan-n-n-g-z-l-art-otell-ri.html

Bu oteldə nömrəni rəsmi www.westcordhotels.com saytdan sifariş edə bilərsiniz. Oteldə ikinəfərlik gecə 109 avroya başa gələcək.

4. Riad Goloboу, Mərakeş, Mərakeş
Mərakeşdə yerləşən bu oteli müasir incəsənət kolleksioneri Beatris Foja açıb. O, "Mərakeş"ənənəvi stilini, pop-art və küçə incəsənəti ilə birləşdirmək qərarı verib. Oteldə 8 nömrə var: burada siz şəbəkəli naxış, şərq tağları və tağçalarını, məşhur sikkəni, keramika və bahalı xalçaları görə biləcəksiniz. Əgər öz incəsənət növünüzü seçməmisinizsə, tamamiləfərqli mədəniyyət və zövqlərin harmonik qarışdırıldığı bu oteldə olmaq sizə maraqlı olacaq.
![]()
Oteldə ikinəfərlik nömrələrə qiymətlər 59,5 avrodan başlayır. Nömrəni otelin rəsmi saytından www.riadgoloboy.com və Booking.com-dan sifariş etmək olar.
5. The Nomad Hotel, Nyu-York, ABŞ

Bu otel Nyu-Yorkun mərkəzində Manhettendə yerləşir. Nomad otelinin nömrələrinin pəncərələrindən Nyu-York və atriumda mənzərə açılır. Otel öz eleqantlığı və ciddi sitli ilə seçilir. Bütün nömrələrdə qırmızı ağacdan iş stolu, iHome dok-stansiyası və seyf var. Ancaq otelin ən maraqlı hissəsi - fransız qəsrlərindəki qədim kitabxanaları xatırladan böyük kitabxanadır. Bu otel yazıçılar və fikir adamları üçün idealdır. Yeri gəlmişkən oteldə səhər yeməyi kitabxanada da verilir.

Oteldə ikinəfərlik nömrə bir gecəyə 475 dollara başa gələcək, nömrəni isə otelin rəsmi www.thenomadhotel.com saytından və Booking.com-dan sifariş etmək olar. Yeri gəlmişkən, oteldə qiyməti adama 31 dollardan 50 dollara qədər ikinəfərlik stol rezerv etmək olar.