Portağal döyüşü, İtaliya

Dünyanın ən qəribə festivalları
Bu Qərb ölkəsinin sakinləri bir-birilərinə portağal da atırlar. "Döyüşlər" hər il İtalyanın İvreya şəhərində - XII əsrdən bəri keçirilir. Festivalın iştirakçıları 9 komandaya bölünürlər və hər komandanın tək tapşırığı bir-birшlərinə qalib gəlməkdir. Festivalda iştirak etmədiyini göstərmək üçün qırmızı papaq geyinmək lazımdı, bu halda heç kəs sizə portağal atmayacaq.

Meymunlar dünyası, Hindistan

Dünyanın ən qəribə festivalları

Hər il Hindistanın vilayətlərindən birinin sakinləri stollara müxtəlif təamlar düzürlər. Bu Tanrı Rama və düşmənləri ilə mübarizədə ona kömək edən meymun döyüşçülərinin şərəfinə keçirilir. Böyük stol müxtəlif növ meyvələr, tərəvəzlər və digər dadlı təamlarla dolu olur. Daha sonra bayrama 600 meymun "dəvət olunur".

Balqabaq atma, Delauer

Dünyanın ən qəribə festivalları
Hər il Amerikanın bu ştatında Hellouin bayramı zamanı balqabaq atma yarışları keçirilir. Əgər fikirləşirsiniz ki, iştirakçılar sadəcə əllərinə balqabaq götürüb atırlar, deməli yanılırsız. Əslinə qalsa, bütün texnologiya əsl idman yarışlarındakı kimi olur. Bu yarışma "Balqabaq atma üzrə dünya çempionatı" adlanır.

Rəng festivalı, Hindistan

Dünyanın ən qəribə festivalları
Bu qeyri-adi festival Yeni Delhidə keçirilir və yazın gəlişinə həsr olunur. Həmin gün hindlilər həyatın yenidən oyanmasını qeyd edərək şər qüvvələri qovurlar. Əfsanəyə görə, şər qüvvə "Holika" elə həmin gün ölüb. Hindistanın bütün şəhərlərində şər dövrünün başa çatmasını tonqal yandıraraq qeyd edirlər.

Tomatina, İspaniya

Image result for TOMATİNA
Hər il Bunol adlı balaca kənddə "pomidor döyüşləri" keçirilir. Kənddə çox az sayda adamın yaşamasına baxmayaraq, bayram münasibətilə bura 35 mindən çox insan gəlir. Bayram üçün 100 ton təzə, yetişmiş pomidorlar hazırlanır. Maraqlısı odur ki, zərər yetirməməsi üçün döyüşdən əvvəl pomidorları əzmək tövsiyyə olunur.

İvan Kupala, Rusiya və Belarusiya

Dünyanın ən qəribə festivalları
İvan Kupala slavyan ölkələrində (Rusiya, Ukrayna, Belarusiya) yay gündönümündə keçirilən xalq festivalıdır. Festival ilin ən qısa gecəsi olan gün keçirilir. İnanclara görə, Kupala gecəsi yatmaq olmaz. Bu gecə təbiətin şər qüvvələrinin şadyanalıq vaxtı hesab olunur.

Mənbə: http://www.buro247.az/lifestyle/travel/d-nyan-n-n-q-rib-festivallar.html



Mənbə: http://www.buro247.az/lifestyle/travel/d-nyan-n-n-q-rib-festivallar.html



Mənbə: http://www.buro247.az/lifestyle/travel/d-nyan-n-n-q-rib-festivallar.html



Mənbə: http://www.buro247.az/lifestyle/travel/d-nyan-n-n-q-rib-festivallar.html


Mənbə: http://www.buro247.az/lifestyle/travel/d-nyan-n-n-q-rib-festivallar.html


Mənbə: http://www.buro247.az/lifestyle/travel/d-nyan-n-n-q-rib-festivallar.html