Cənubi Koreyanın paytaxtı Seulda səyahət kitabları, xəritələr və təlimat kitabçalarından ibarət maraqlı bir kitabxana var. İki mərtəbədən ibarət binanın birinci mərtəbəsində tematik kafe, ikinci mərtəbəsində isə kitabxana və oxu zalı yerləşir. "Wonderwall" şirkətinin Yaponiya bürosunun memarları kitabxanada ev ab-havası yaratmaq istədiklərini üçün əsasən taxta materialından istifadə ediblər.
![]()
Kitab şkaflarına təkcə divar boyu deyil, həm də tavanda da rast gəlmək olur. Memarlar şkaflardan tavanda hörümçək toru yaradıblar. Hava limanlarını xatırladan kafedəki stulların bir-birindən fərqli olması da təsadüfi deyil. Bu, xalqlar arasındakı mədəni fərqləri simvolizə edir. Kitabxanaya giriş haqqı hələ ki Hyundai Card sahiblərinə verilib.



Mənbə: http://www.buro247.az/lifestyle/travel/s-yah-ti-sev-nl-r-n-kitabxana-a-l-b.html
Mənbə: http://www.buro247.az/lifestyle/travel/s-yah-ti-sev-nl-r-n-kitabxana-a-l-b.html