Azərbaycanda turistlər bir həftədə 700-800 dollar xərcləyir

Nazirliyin şöbə müdiri qeyd edib ki, ötən il Azərbaycana 2 milyon 400 min turist gəlib.
Xəbərlər 2 Aprel 2014 00:00 1605
Azərbaycanda turistlər bir həftədə 700-800 dollar xərcləyir

"Azərbaycanda turistlər bir həftədə 700-800 dollar pul xərcləyir"

Seyyah.az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib. O bildirib ki, ölkədə turistlərə xidmət göstərən otel və mehmanxanaların tarifləri elə də baha deyil:

"Otellərin qiymətləri bazar iqtisadiyyatından asılıdır. Son 2-3 ildə 3 ulduzlu otellərin tikilməsi münasib qiymətlərə xidmət təklif edir. Bu otellərin bir günlük gecələmə qiyməti də 60-80 manat arasındadır. Bu isə turistlər üçün normal qiymətdir".

Nazirliyin şöbə müdiri həmçinin qeyd edib ki, ötən il Azərbaycana 2 milyon 400 min turist gəlib. A.İsmiyev turistlərin daha çox İsmayıllı, Qəbələ, Quba, Qusar və Şəkiyə üz tutduğunu deyib.

OXŞAR XƏBƏRLƏR