Dünyanın ən kiçik muzeyi Böyük Britaniyanın Yorkşir qraflığındakı telefon köşkündə istifadəyə verilib.
Seyyah.az-ın məlumatına görə, Warley adlanan muzeydə şəkillər, eynəklər və zinət əşyaları sərgilənir.

Muzeyə yalnız bir nəfər girə bildiyi üçün adının Ginnesin Rekordlar Kitabına düşməsi gözlənilir.
Muzeyin əsərləri hər 3 aydan bir dəyişdiriləcək. Yaxın vaxtlarda daha 40 telefon köşkünün muzeyə çevrilməsi planlaşdırılır.
