Almaniyanın ən iri aviadaşıyıcı şirkəti olan Lufthansa 4 minə yaxın reysin ləğv edilməsi barədə məlumat yayıb. Buna 2-4 aprel tarixləri arasında pilotların elan etdikləri tətil səbəb olub. Sözügedən tətil son vaxtların ən böyük tətili ola bilər. Etiraz aksiyası nəticəsində 415 min sərnişinə ziyan dəyəcək.
Alman pilotlarının həyata keçirəcəyi etiraz aksiyasına görə Lufthansa, Lufthansa Cargo və Germanwings şirkətlərinin uçuş cədvəllərində dəyişikliklər ediləcək. 2-6 aprel tarixləri arasında həyata keçiriləcək 4000-ə yaxın uçuş təxirə salınıb. Həmçinin 2 və 3 aprel tarixlərində Frankfurt - Bakı, eləcə də 3 aprel tarixində Aşğabad - Bakı istiqamətində uçuşlar təxirə salınıb.
Təxirə salınmış reyslərin tam siyahısına buradan baxa bilərsiniz.
Qeyd edək ki, Lufthansa Group'a daxil olan Airlines Eurowings, Air Dolomiti, Swiss, Austrian Airlines и Brussels Airlines kimi aviadaşıyıcı şirkətlər isə reyslərlə hər hansı dəyişiklik etməyi planlaşdırmırlar.