Silahlı insidentə görə işini dayandıran İstanbulun Atatürk Beynəlxalq Hava Limanı fəaliyyətini yenidən bərpa edib. Seyyah.az-ın məlumatına görə, noyabrın 5-də axşam saatlarında hava limanı ərazisində atışma baş verdiyindən aeroportun giriş və çıxışları bağlanıb. "Habertürk" telekanalı məlumat yayıb ki, motosiklet ilə hərəkət edən silahlı şəxs havaya atəş açmağa başlayıb. Poils isə giriş çıxışları bağlayaraq həmin şəxsin ələ keçirilməsi istiqamətində əməliyyata başlayıb.
Bir neçə saatdan sonra aeroport işini dayandııb. Son məlumatlara görə, insidentə səbəb iki nəfərin olduğu motosiklin polislərin çağırışına baxmayaraq dayanmaması və polisin onlara atəş açması olub. Həmin şəxsləin artıq saxlanıldığı bildirilir. Xəbər verilir ki, atışma nəticəsində onlardan biri yaralanıb.
Bundan sonra aeroport adi rejimdə işini davam etdirib.