“AZALJET” Tbilisi şəhərinə eksklüziv təklif elan edir.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib.
Məlumat verilib ki, noyabrın 25-də Bakı-Tbilisi, noyabrın 28-də isə Tbilisi-Bakı istiqamətində “AZALJET” bütün ekonom sinifi üçün vahid tarif – 49 avro olacaq (bir istiqamətdə).
Bu tarif üzrə aviabiletləri yalnız www.azal.az saytında onlayn şəkildə əldə etmək mümkündür.
Mənbə: Azərtac