Artıq noyabr ayının ilk həftəsi arxada qaldı. Nə qədər çətin, keşməkeşli aylar keçirsək belə, artıq Yeni İli harda və necə qarşılayacağımızı düşünürük. Kimsə bu banketi dostları ilə birlikdə keçirəcək, kimsə ailəsi ilə, kimlərsə də korporativ party keçirmək niyyətindədir. Ona görə də məhz bu ay çoxları bayramı keçirtmək üçün restoran axtarışına çıxır. Fins.az paytaxtdakı bəzi restoranların Yeni İl qiymətlərini Sizə təqdim edir.
| Restoran | Adam sayı | Qiymət (AZN) |
| Mayak | 40 - 100 | 200 |
| Barin | 65 | 40 |
| Maya Mexican | 120 | 5000 ümümilikdə, qonaqların sayından asıllı olmayaraq |
| Teleqüllə | 80 | 45 |
| Şəki | 250 | 35 |
| Nar & Şərab | 50-60 | 55 |
| Şirvanşah | 40-160 | 35 |
| Marina | 65-70 | 35 |
| Panorama | 60-70 | 35 |
| Bulud | 100-110 | 35 |
| Xanədan | 60-100 | 40 |
| Nakhchivan | 60-80 | 65, 80 nəfərdən az qonaq olarsa + 2000 AZN restoranı bağlatdırmaq üçün |
| Balkon | 40-50 | 16 |
| Meat Beat | 75 | 100 |
| Noosh | 80 | 25 |
| Merci Baku | 50 | 50 |