BƏƏ–də lego oyuncaqlardan dünyanın ən böyük binası inşa edilib. Konstruksiya “Leqolənd Dubay” parkında inşa edilib. Bina 439 min kərpicdən hazırlanıb çəkisi isə bir tondur. Lego bina Bürc – Xəlifənin oxşarıdır. Legodan hazırlanan binanın hazırlanmasına 5 min saatdan çox vaxt sərf olunub. Binanın hündürlüyü 17 metrdir. “Leqolənd Dubay” parkında leqodan hazırlanan 15 min konstruksiya var. Ümumilikdə bu konstruksiyalara 60 milyon leqo detalı istifadə olunub. Park 2 -12 yaşadək uşaqlar üçün nəzərdə tutulub.