Yeni il üçün hotellərdə boş yer qalmayıb

Xəbərlər 8 Noyabr 2016 00:00 623
Yeni il üçün hotellərdə boş yer qalmayıb

Turistlər arasında ən populyar olan regional hotellər Yeni İl bayramları üçün artıq dolub. Fins.az-ın verdiyi məlumata görə, bu haqda Azərbaycan Turizm Assosiyasiyasının (AzTa) sədri Nahid Bağırov söyləyib.

Onun sözlərinə görə, artıq indidən Azərbaycan regionlarında populyar 5-ulduzlu hotellər Yeni İl bayramı günləri üçün tam rezervasiya olunublar: "Keçən il ilə müqayisədə qiymətlər stabil qalıb: bir gün iki nəfərə orta hesabla 200 manat".
Həmçinin N.Bağırov vurğulayıb ki, bu il respublikanın regionlarına da xarici turistlərin gəlməsi aktivləşib. 
OXŞAR XƏBƏRLƏR