Bakı-Krit aviareysi açılır

Azərbaycanda yay mövsümündə yeni marşrut açılacaq.
Xəbərlər 3 Aprel 2014 00:00 1777
Bakı-Krit aviareysi açılır

Seyyah.az "APA-Economics"ə istinadən xəbər verir ki, ölkənin aparıcı yerli turizm şirkətlərindən biri Yunanıstanın Krit adasına mövsümi uçuşlar yerinə yetirilməsi ilə bağlı hazırda bu ölkənin müvafiq dairələri ilə danışıqlar aparır.


Şirkətdən bildirilib ki, hazırda Şengen vizasının alınması ilə bağlı danışıqlar aparılır, məsələ həllini tapan kimi aviauçuşlar haqda məlumat veriləcək.

Bakıdan Yunanıstanın Krit adasına uçuşların iyun ayının sonundan avqust ayının sonuna qədər həyata keçirilməsi planlaşdırılır.


Aviauçuşları "Yunanıstan Hava Yolları"nın icra etməsi nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR