Sərnişin və yük daşımaları həyata keçirən "British Airways Plc." şirkəti Azərbaycan nümayəndəliyini ləvğ edib.
Seyyah.az-ın verdiyi məlumata görə, bu haqda Vergilər Nazirliyi xəbər yayıb.
QeydMəlumata əsasən, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri Yasamal rayonu İzmir küçəsi, ev 8, "Hyatt Tower -2" (VI mərtəbə) ünvanına bildirə bilərlər.
"British Airways" aviaşirkəti dünyanın təxminən 400 istiqamətinə uçuşlar yerinə yetirir.
Xatırladaq ki, şirkət bu ilin aprelin 29-dan London-Bakı-London istiqaməti üzrə aviauçuşlarını dayandırıb.