İstanbulda Mütləq - Görməli Olduğunuz Yerlər

Xəbərlər 11 Noyabr 2016 00:00 5474
İstanbulda Mütləq - Görməli Olduğunuz Yerlər

İstanbul gəziləcək yerlər mənasında dünyanın ən zəngin şəhərləri arasında yer alır. Yüz illər boyunca iki fərqli imperiyanın və Tükiyə Cümhuriyyətinin tərkibində olan şəhər geniş tarixi keçmişi var və elə bu səbəbdən gəziləcək görüləcək yerlər çoxdu. Bütün bu yerləri görmək üçün qısa müddətli tətil bəs etməsə də biz sizlər üçün 3-4 günlük İstanbul səyahətinizdə gedə biləcəyiniz və mütləq görməli olduğunuz yerləri sıraladıq.

Topqapı Sarayı

Topqapı Sarayı

Dünyanın ən məşhur saraylarından biri, Topqapı Osmanlı sultanlarının yaşadığı yer olub. Mükəmməl mənzərəsi və aurası olan saray, 1924-cü ildən muzey olaraq fəaliyyət göstərir. Bu muzeydə həm də İslamın müqqəddəs  əmanətləri də sərgilənir. Ətrafında Aya Sofya, Sultan Əhməd məscidi və Gülhanə parkı olan bu yerləri mütləq ziyarət edin.

 

Ayasofya Muzeyi

Ayasofya Muzeyi

523-cü ildə imperator Justinianın əmri ilə inşa olunan kilsə şəhərin ən qədim binalarından biridir. 1934-cü ildən muzey olaraq istifadə edilən Osmanlı dövründə məscid olaraq fəaliyyət göstərib.

 

Dolmabahçe Sarayı

Dolmabahçe Sarayı

1856-ci ildə Sultan Abdülməcid tərəfindən, Topkapının yetərli olmadığını düşündüyü üçün inşa edilib. Memar Qarabet Balyan və oğlu tərəfindən inşa edilən saray Osmanlıdan çox  Avropa tərzində inşa olunub. Bir hissəsi muzey olaraq fəaliyyət göstərən sarayda Atatürkün yataq otağı da var.

 

Qapalıçarşı

Qapalıçarşı

1461-ci ildə Fatih Sultan Ahmetin əmri ilə inşa edilən bazar 64 küçə və 4000 dükandan ibarətdir. İstanbulda ən çox turistin gəldiyi yerlərdən biri olan çarşı hələ də aktiv fəaliyyət göstərir. Buraya sadəcə alış-veriş üçün deyil gəzmək üçün də mütləq getməlisiniz.

 

Çamlıca Təpəsi

Çamlıca Təpəsi

İstanbulun ən mükəmməl mənzərəsi olan yerlərdən biridir. Anadolu yakasında olan bu təpədən bütün Avropa Yakası görsənir. Şəhəri ayağınızın altında hiss edəcəyiniz bu yerdən türk serialları və filmləri də tez-tez çəkiliş edir.

 

Qalata Qülləsi

Qalata Qülləsi

70 metr hündürlüyü olan və VI əsrdə inşa olunan qüllə həbsxana, rəsədxana və izləmə qülləsi kimi fərqli məqsədlər üçün istifadə edilib. Qüllənin zirvəsindən mükəmməl İstanbul mənzərəsi açılır. Hətta bəzilərinə görə, dünyanın ən gözəl 10 şəhər mənzərəsindən biridir.

 

Ortaköy

Ortaköy

İstanbulun ən gözəl məscidlərindən biri olan Ortaköy məscidinin də yer aldığı bu yer, boğaz sahilində gözəl kafelərə və mükəmməl mənzərəyəy sahibdir. İstanbulda edəcəyiniz naharlardan birini burada planlamağınızı şiddətlə tövsiyyə edirik.

 

İstiqlal

İstiqlal

Taksim meydanında başlayan və Tuneldə bitən bu küçə gənclərin və turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir. İstiqlalın üzərində və ara küçələrində olan kafe, pub, kinoteatr və digər əyləncə məkanları axşam saatlarınə keçirmək üçün əla seçimdir.

 

Rumeli və Anadolu Hisarı

Rumeli və Anadolu Hisarı

Rumeli Hisarı 1452-ci ildə Fatih Sultan Mehmetin əmri ilə şimalda gələn hücumlardan qorunmaq üçün İstanbul boğazının ən dar yerində inşa edilib. Anadolu Hisarı isə tam bunun qarşısında Yıldırım Beyazıtın əmri ilə 1395-ci ildə inşa olunub.

 

Akvarium

Akvarium

Dünyada çox az olan sualtı akvariumarından biri də İstanbulda yerləşir.  1500’ə yaxın balığın olduğu akvaryum dünyanın ən böyük tematik akvaryumu hesab olunur.

 

Boğaz turu

Boğaz turu

İstanbul boğazını, vapur turu ilə görmək mütləq səyahətinizin bir parçası olmalıdır. Fərqli paketlərin olduğu turların birindən istifadə edərək səyahətinizi daha maraqlı edin.

OXŞAR XƏBƏRLƏR