Küçədə sorğu keçirsəniz, "sol"çu soruşsanız, "Sovetlərdə qaldı" deyərlər. Qanunlarımız isə bizə istədiyimizə inanmaq, inananlara hörmət etmək imkanı verir.
Bakıda "SOL"çu kafesi açılıb. Kafeni özünü SOL cinahdan hesab edən gənclər ərsəyə gətirib. Kafenin öz ab-havası var. İçəri köhnə və Sovet İttifaqını xatırladan əşyalarla bəzədilib. Kafenin bəzənməsi üçün minimum vəsait xərclənməyə çalışıldığı hiss olunur. Bu da SOL ideyasına uyğundur. Burada köhnə çemodan dibçək, musiqi valı isə hesab qutusudur.
Kafenin yeganə "SOL"a uyğun olmayan xüsusiyyəti qiymətlərin tələbə və "SOL"çu cibinə o qədər də uyğun olmamasıdır. Bunu isə ölkədəki ərzaq və obyekt kirayəsinin bahalığı ilə izah etmək olar. Kafenin adının imperialist qanunların bizə diqtə etdiyi ingilis dilində olması da ürəkaçan deyil.
Kafe özünəməxsusdur. Digərlərinə bənzəmir.
Fotoları sizə təqdim edirik.
Interpress.az