Pakistan təyyarəsi Bakıda - MƏCBURİ ENİŞ EDİB

Xəbərlər 13 Noyabr 2016 00:00 962
Pakistan təyyarəsi Bakıda - MƏCBURİ ENİŞ EDİB

Pakistan Beynəlxalq Hava Yollarının (Pakistan International Airlinesn) Mançester-İslamabad marşrutu ilə uçan təyyarəsi (RK-702 reysi) fövqəladə vəziyyətə görə bu gün Heydər ƏliyevBakı beynəlxalq aeroportunda məcburi eniş edib.

Bu barədə Pakistanın Samaa telekanalı məlumat yayıb.

Pakistan aviaşirkətinin nümayəndəsi telekanalın jurnalistinə bildirib ki, bu reysin iki sərnişini təcili Bakı klinikalarından birinə çatdırılıb.

Telekanalın məlumatına görə, Pakistanın Bakıdakı səfirliyinə bu hadisə haqqında məlumat verilib.

Həmin iki sərnişini klinikaya göndəriləndən sonra təyyarə İslamabada yola düşüb.

OXŞAR XƏBƏRLƏR