Qazax memar Aybek Almasovun bu heyranedici layihəsi ilk dəfə 2013-cü ildə dizayn edilib. Lakin investorların tapılması üçün bir az vaxt tələb olunur və yaxınlarda bu təbiət dostu olan ev layihəsi reallaşa bilər. Memar öz layihəsi haqqında bu sözləri deyir: "İki il əvvəl mən təbiətə çox yaxın və ziyansız bir ev layihəsi hazırladım. Çünki təbiətə hörmət etməli olduğumuzu və bizi qidalandıran təbiəti korlamaqdan çəkinməli olduğumuzu düşünürəm.
Seyyah.az bu mükəmməl görüntülü evin fotolarını sizə təqdim edir.





