"Dekabrın 1-dən etibarən 2017 Formula 1 Avropa Qran Prisi üçün 30%-dək endirimlə biletlərin satışına başlayırıq və Rusiyada və qonşu ölkələrdə olan Formula 1 azarkeşlərini bu fürsətdən yararlananraq növbəti il Bakıda keçiriləcək yarışa dəvət edirik”.
Seyyah.az-ın verdiyi xəbərə görə, bu haqda «Russian Motorsport Forum» adlı beynəlxalq avtoidman forumunda iştirak edən Bakıda keçirilən Formula 1 Avropa Qran Prisinin təşkilatçısı Arif Rəhimov deyib.
Qeyd edək ki, Bakıda sayca ikinci dəfə keçiriləcək Formula 1 Avropa Qran Prisinin yarış həftəsonunun 16-18 iyun 2017-ci il tarixlərində baş tutması gözlənilir.