“Pobeda” aviaşirkətinə gözlənilməz - QADAĞA

Xəbərlər 14 Noyabr 2016 00:00 974
“Pobeda” aviaşirkətinə gözlənilməz - QADAĞA

Rusiya aviaşirkəti olan “Pobeda Airlines”a Moskvadan  Vyana şəhərinə uçmağa icazə verilməyib. Bu baradə Rusiya hava agentliyinə istinadən Seyyah.az xəbər verir. Avstriyanın aidiyyatı orqanlarının  “Pobedaya”nə üçün imtina etməsi  barədə heç bir məlumat verilmir.

Qeyd edək ki, hazırda “Pobeda” Slovakiyanın paytaxtı Bratislava şəhərinə uçuşlar təşkil edir .  Vyanaya getmək istəyənlər isə Bratislavadan avtobusla Avstriya paytaxtına  gedirlər. Hazırda “Pobeda Airlines” Avstriyanın İnsburk şəhərinə uçuşlar təşkil edir.

Amma qış aylarında aviaşirkətin bu reysdən imtina edəcəyi bildirilib. Qeyd edək ki “Pobeda” Azərbaycana da uçuşlar təşkil edir. 

OXŞAR XƏBƏRLƏR