“Wizz Air”dən şok qiymət - 7 AVROYA BİLET

Xəbərlər 14 Noyabr 2016 00:00 1037
“Wizz Air”dən şok qiymət - 7 AVROYA BİLET

Macarıstanın “Wizz Air” şirkəti “Wizz Discount Club” un üzvləri üçün növbəti endirim kampaniyası elan edib.

Seyyah.az-ın məlumatına görə, klub üzvləri 14 noyabr 00:00-dan 15 noyabr 03:00-a qədər istənilən reysə 20 faiz endirimlə bilet ala bilərlər.

Kampaniya zamanı minimum biletin qiyməti endirimlə 7 avrodur.

Qeyd edək ki, “Wizz Discount Club”a üzv olmaq üçün il ərzində 30 avro ödəmək lazımdır. Kluba üzv olan şəxslər şirkətin bütün uçuşlarından orta hesabla 10 avro endirimlə istifadə edir.

OXŞAR XƏBƏRLƏR